İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? - BNA-dan VACİB AÇIQLAMA

24.02.2021 15:02 638 baxış sayı 1 dəq. oxuma
İctimai nəqliyyat 17:00-dan sonra işləməyəcək? -

Marşrut avtobus sürücülərinin bu gün 17:00-dan sonra ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı xəbərdarlıq etdiyi barədə söz-söhbət dolaşmaqdadır.

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev hələ ki heç bir məhdudiyyətin olmadığını deyib. M.Ağayev avtobus sayının artırlması ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Bu gün və sabah nəqliyyatın hərəkəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb. Hazırda avtobus sayının artırılmasına ehtiyac yoxdur. Yolların buz hissəsi təmizlənərsə gecikmə halları müşahidə olunmayacaq".

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: