İki təyyarə toqquşdu: Ölənlər var

01.08.2020 07:45 653 baxış sayı 1 dəq. oxuma
İki təyyarə toqquşdu:

ABŞ-ın Alyaska ştatının ərazisində iki yüngül mühərrikli təyyarə toqquşub.

“Anchorage Daily New” bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyasına (FAA) istinadən xəbər yayıb.

Qəza nəticəsində ümumilikdə yeddi nəfər həyatını itirib. Onlardan biri siyasətçi, Alyaska nümayəndələr palatasının üzvü Harri Knoppdur.

İnsident nəticəsində sağ qalan olmayıb.

İstintaq qrupunun ilkin məlumatına görə, təyyarələrin toqquşduğu vaxt hava şəraiti əlverişli olub, səmada görüntü ilə bağlı hər hansı problem yaşanmayıb.

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: