
“İnşallah, Kəlbəcər və Laçın da sahiblərinə təslim ediləcək” - Ərdoğan

“Azərbaycan torpaqlarının işğalına səssiz qala bilməzdik. ATƏT-in Minsk qrupu heç bir həll yolu tapmadı. Həmişə baş qatdılar”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə görüşündə deyib. Türkiyəli lider bildirib ki, Minsk qrupu münaqişənin həlli üçün laızm olan səyi göstərməyib:
“Həmişə baş qatdılar. Bunu onlarla müzakirə edəndə belə həll yolu tapmadılar. Həll yolu tapmaq kimi bir dərdləri də yox idi. Dünən göz yaşları içərisində İlham Əliyev qardaşımızın Şuşanın azad edilməsindən sonrakı açıqlamasını izlədik. Bu, bir millət iki dövlət olmağın sevincidir.
Şuşanın işğaldan azad edilməsiylə sevincimiz və ümidimiz artıb. Qarabağda erməni işğalı bitənə qədər mübarizə bayrağı enməyəcək. Bir kərə yüksələn bayraq bir daha enməz. Enməyəcək.
İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımızı təbrik edirəm. Başda Kələbəcər və Laçın olmaqla buralar da, inşallah, sahiblərinə təslim ediləcək”.
Oxşar xəbərlər

Azərbaycan Prezidenti: “Kəlbəcər rayonu bu gün işğ...
Son Xeberler

Ermənilər unitazdan sonra dam örtüklərini də söküb...
Son Xeberler

Türkiyə Prezidenti: "Qarabağ zəfərini həzm edə bil...
Son Xeberler

Kəlbəcərin təhsil statistikası açıqlandı
Son Xeberler

“Azərbaycanın bütün işğal olunmuş əraziləri azad e...
Son Xeberler

Madagizi işğaldan azad edən general danışdı -
Son Xeberler