🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İntihar edən müəllimin son sözləri: "Heç kim pis heç nə deməsin çünki..."

17.09.2020 18:24 603 baxış sayı 2 dəq. oxuma
İntihar edən müəllimin son sözləri:
Ötən gün Bakıda 27 yaşlı müəllimin özünü binadan ataraq intihar etməsi hadisəsinin bəzi detalları üzə çıxıb.
 
İntihar hadisəsi isə Bakı Metropoliteninin "Nəriman Nərimanov” stansiyasının yaxınlığında – Aşıq Molla Cümə küçəsi 19B ünvanında baş verib. Dünən həmin əraziyə gələn N.İsayeva binanın sonuncu - 16-cı mərtəbəsinə qalxıb və özünü oradan atıb.
 
İlkin araşdırmalar zamanı həmin binada və yaxınlıqda 27 yaşlı N.İsayevanın yaxınlarının yaşamadığı da dəqiqləşib.
 
Gənc müəllimin hansı səbəbdən intihar etməsi, həmin ərazini niyə seçməsi hələlik tam dəqiqləşməsə də, rəfiqəsi onun ölümündə əvvəl "Arxamca heç kim pis heç nə deməsin, çünki layiq deyiləm” mesajını paylaşdığını deyib.
 
O da məlum olub ki, intihar edən müəllim subay olub. O, 2009-cu ildə Bakı Humanitar Kolleci ibtidai sinif müəllimliyi ixtisasına qəbul olub. 2013-cü ildə kolleci bitirib. 2018-ci ildə Xəzər rayonu 121 nömrəli məktəbdə ibtidai sinif müəllimi kimi işə qəbul edilib.
 
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Paylaş: