İqor Seçin “Dostluq” ordeni ilə təltif edildi
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə İqor İvanoviç Seçin “Dostluq” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bundan başqa, dövlət başçısı “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru, İdarə Heyətinin sədri İqor Seçinə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli İqor İvanoviç.
Əlamətdar tarix – anadan olmağınızın 60 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizin rəhbərliyinizlə “Rosneft” Neft Şirkəti böyük uğurlar qazanıb və dünya neft-qaz sahəsinin liderlərindən birinə çevrilib.
“Rosneft” Neft Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı energetika sahəsində Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin mühüm komponenti olmaqla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə sanballı töhfə verir.
Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram".
Etiketlər
Oxşar xəbərlər
Prezident bu şəxsləri "Şöhrət" ordeni ilə təltif e...
Son Xeberler
İlham Əliyev Mayorovla bağlı
Son Xeberler
İlham Əliyevdən Fikrət Qoca ilə bağlı
Son Xeberler
Təltif olunan hərbi qulluqçuların sayı açıqlandı
Son Xeberler
Prezident ona "Şöhrət" ordeni verdi
Son Xeberler
Prezident Cahangir Əsgərovla bağlı
Son Xeberler