“İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
"Cənab Prezident, mənə vaxt ayırdığınıza görə çox təşəkkür edirəm. Hər şeydən əvvəl bu gün Bərdə şəhərinin raket hücumuna məruz qalması ilə əlaqədar həyatını itirmiş mülki insanlara, dinc insanların ölümünə səbəb olmuş bu hadisə ilə əlaqədar, orada şəhid olmuş insanlarla əlaqədar Sizə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə başsağlığı vermək istəyirəm".
Bu fikirləri İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
"Siz də yaxşı bilirsiniz ki, İran İslam Respublikası elə ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Mən özümə borc bilirəm, son günlərdə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbələr, işğal olunmuş ərazilərin bir hissəsinin azad edilməsi münasibətilə Sizi təbrik etmək istəyirəm. Bu yolda öz canını fəda edən bütün şəhidlər qarşısında baş əyirəm. Cənab doktor Həsən Ruhaninin isti salamlarını Sizə çatdırıram. Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş etdi", - Seyid Abbas Əraqçi bildirib.
Oxşar xəbərlər
İran Qarabağ və ətraf ərazilərin bərpasında iştira...
Son Xeberler
“Traktor” İran kubokunun qalibi oldu
İdman Xəbər
Mikayıl Cabbarov İran səfiri ilə görüşdü -
Son Xeberler
Azərbaycandan daha 122 İran vətəndaşı ölkəsinə qay...
Son Xeberler
İran: BMT Nizamnaməsinə Uyğun Olaraq Özüni Müdafiə...
Bugun.az
İşğal olunmuş ərazilər boşaldılmalıdır -
Son Xeberler