İranda koronavirusdan ölüm sayı 14 mini keçib

19.07.2020 12:27 602 baxış sayı 1 dəq. oxuma
İranda koronavirusdan ölüm sayı 14 mini keçib

İranda son 24 saat ərzində 2182 nəfər yeni növ koronavirusa yoluxub, 209 xəstə vəfat edib.

İranın Səhiyyə Nazirliyinin məlumatına görə, virusa yoluxanların ümumi sayı 273 656 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 14 188 nəfərdir. İndiyədək 237 788 xəstə sağalıb. Virus daşıyıcılarından 3556 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, bir neçə gün əvvəl İran Prezidenti Həsən Ruhani ölkədə koronavirusun ikinci dalğasının başladığını elan edib.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: