
İrəvanda parlament binasına polis karvanı cəlb olundu

Polis avtobuslarından ibarət karvan İrəvanın mərkəzindəki parlament binasına cəlb olunub.
Ermənistan parlamentində bu gün ölkədəki vəziyyətin müzakirəsi məqsədilə iclas keçiriləcək. Eyni zamanda müxalifət tərəfdarları Bağramyan prospektində salınan çadır düşərgəsinin ətrafına toplaşıblar.
Vəziyyətə polis tərəfindən nəzarət olunur. Parlament binasının ətrafı polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Binanın ətrafına cəlb olunan xüsusi avtobus karvanında əlavə polis qüvvələrinin olduğu bildirilib.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın Rusiyanın “İskəndər” raketləri barədə açıqlamaları ölkədə siyasi böhranın dərinləşməsinə səbəb olub. Ermənistanın Baş Qərargah rəis müavini Paşinyanın sözügedən açıqlamasını lağa qoyduğu üçün istefaya göndərilib. Ardından Baş nazir tərəfindən Baş Qərargah rəisinin istefası təklif edilib. Ötən gün isə Ermənistan Silahlı Qüvvələri Paşinyanın özünün istefasını tələb edən bir bəyanat yayıb. Paşinyan həmin bəyanatı çevriliş cəhdi kimi qiymətləndirərək tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Eyni zamanda müxalif qüvvələr də Azadlıq meydanı və parlament binası yaxınlığında etirazlara başlayıblar.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İrəvanda parlament binasının qarşısında etiraz aks...
Son Xeberler

İrəvanda yenidən etiraz aksiyası keçirilir
Son Xeberler

Cənubi Koreyada Parlament Səlahiyyətinin Məhdudlaş...
Son Xeberler

ABŞ-da etirazçılar polis binasını yandırdılar -
Son Xeberler
Kolumbiyada ABŞ səfirliyi hücuma məruz qalıb
Azəri Xəbər

Ermənistanda etirazçılar universitet binasına basq...
Son Xeberler


