İrəvanın mərkəzində İlham Əliyevin çıxışı yayımlandı - VİDEO

30.09.2020 10:38 1,197 baxış sayı 2 dəq. oxuma
İrəvanın mərkəzində İlham Əliyevin çıxışı yayımlandı -

Xəbər verdiyimiz kimi, ötən gün “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan cəbhəsində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib.

Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.

Azərbaycanlı hakerlər Ermənistanın ən məşhur restoranlar şəbəkəsindən olan “Tea Coffee Planet”in təhlükəsizlik kameralarını ələ keçirərək, Prezident İlham Əliyevin çıxışını yayımlayıblar. 

Məlumat üçün bildirək ki, həmin restoran Yerevanın mərkəzində yerləşir.

İlham Əliyevin çıxışını görən ermənilərin təlaş və çaşqınlıq içindəki reaksiyasını təqdim edirik:

 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: