🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA - mart ayından etibarən...

16.02.2021 16:24 642 baxış sayı 2 dəq. oxuma
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA -

Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayında azalma dinamikası davam edir. Yanvarın 18-dən isə ölkə ərazisində vaksinasiya başlayıb. Vaksinasiyanın da ölkədə pandemiya ilə bağlı vəziyyəti müsbətə doğru dəyişməsi gözlənilir. Əgər yoluxma sayı azalma dinamikası ilə davam edərsə, mart ayından iri ticarət mərkəzlərinin və "Mall"ların fəaliyyətinə icazə verilə bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, mart ayından iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər:

"Əlbəttə, bu, vaksinasiyanın nə qədər insanı əhatə etməsindən asılı olacaq. Vaksinasiyadan əlavə, insanlar da, əvvəlki aylarla müqayisədə, karantin qaydalarına daha məsuliyyətlə yanaşırlar. Demək olar ki, küçədə maskasız insan yoxdur.

Əgər insanlar bugünkü kimi karantin qaydalarına əməl etsə, yenidən yoluxma sayının artma ehtimalı olmaz. Yay aylarında 3-cü dalğanın başlama ehtimalı çox aşağıdır. Çünki vaksinasiya xəstəliyin yayılmasına imkan verməyəcək.

Yoluxma sayı azalma ilə davam edərsə, növbəti yumşalmaların olması mümkündür. Əgər bu yumşalma yenidən yoluxma sayını artırmasa, tədricən digər obyektlərin də fəaliyyətinə icazə veriləcək.

Əlbəttə, yumşalmaların nəticələrindən çox şey aslı olacaq. Əgər artım olmasa, növbəti yumşalmalara gediləcək. Mart ayında iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər".

Paylaş: