
Son Xeberler
9 abunə
İtkin düşən qızlar Bakıya gələn “KamAZ”da tapıldı
20.06.2020 05:44
775 baxış sayı
2 dəq. oxuma

Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşən 3 qız tapılıb.
10, 14 və 16 yaşı olan bu qızlar Bakıda yaşayan, Şərəfə kəndindən olan şəxslərin övladlarıdır və kəndə qonaq gəliblər. Axşam saatlarında həmin qızlar Bakıya qayıtmağa qərar veriblər.
Onların qonaq qaldığı yer Ələt-Astara yolunun yaxınlığında yerləşib. Qızlar yola çıxaraq Bakı istiqamətinə gedən bir "KamAZ" maşınına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən qızlar həmin maşında aşkarlanıb və valideynlərinə qaytarılıb.
Qeyd edək ki, ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.
Dərhal FHN-nin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışlar başlayıb.
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Millimizin sabiq futbolçusu Rusiya Premyer Liqasın...
İdman Xəbər
669
15/06 15:41

Baş Prokurorluq Masallıda qızların itkin düşməsi i...
Son Xeberler
581
20/06 08:04

Maştağada itkin düşən qızlar tapıldı
Bugun.az
87
26/04 17:25

Cəbrayılda 20 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler
798
11/12 19:21

İtkin düşən daha bir əsgərin nəşi tapıldı
Son Xeberler
723
12/01 13:13

İtkin düşmüşdü, meyiti meşədə tapıldı -
Son Xeberler
934
26/11 17:24


