🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İyulun 1-dən toy mərasimlərinin keçirilməsinə icazə veriləcək

24.06.2020 12:27 3,101 baxış sayı 2 dəq. oxuma
İyulun 1-dən toy mərasimlərinin keçirilməsinə icazə veriləcək

İyulun 1-dən toy mərasimlərinin keçirilməsinə icazə veriləcək...

 İyul 1-dən Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə veriləcək. 

Bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi qərar qəbul edib. Qərarda mərasimlərin müddətinin azaldılması və açıq havada keçirilməsi şərti qoyulub. 

Mərasim zamanı masalar bir-birindən 1.5 metr məsafədə düzüləcək, stolların üstündə dezinfeksiyaedici məhlullar qoyulacaq və maska taxılacaq, toplu şəkillər çəkilməyəcək və Türkiyə toylarındakı ənənəvi zinət əşyalarının bəylə-gəlinə şəxsən hədiyyə edilməsi mərasimi icra edilməyəcək, hədiyyələr xüsusi qutulara toplanacaq. Rəqs zamanı da sosial məsafə qorunacaq. 

Qaydalara görə, toya gələn qonaqların hərarəti də ölçüləcək, temperaturu 38 dərəcədən yüksək olanlar mərasimə buraxılmayacaq və ən yaxın  tibb müəssisəsinə müayinəyə göndəriləcək.

Paylaş: