Kamil Zeynallı millimizin futbolçularından üzr istədi - VİDEO

07.09.2020 14:20 1,029 baxış sayı 2 dəq. oxuma
Kamil Zeynallı millimizin futbolçularından üzr istədi -

Fitnes məşqçisi Kamil Zeynallı millimizin futbolçularından üzr istəyib.

O, “Instagram”da millimizin futbolçularını UEFA Millətlər Liqasının ilk oyununda Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzmalarına görə təhqir etmişdi.

“Boynunuzu yerə soxum” deyən Kamil Zeynallı bu dəfə onlardan bu ifadəyə görə üzr istəyib. Kamil bunu əsəbi olması və daha sonra bu sözünə görə peşmanlıq keçirməsi ilə əlaqələndirib.

Kamil Zeynallı onu da qeyd edib ki, buna görə heç kim ona təzyiq etməyib. O, peşmançılığını AFFA-da və millidə dostlarının olması ilə əsaslandırıb.

 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: