Kanadada Azərbaycan-Türkiyə vətəndaşlarına qarşı erməni hücumu - Foto/Video
Kanadada yaşayan ermənilər Azərbaycana dəstək məqsədilə yaradılan kortecə hücum ediblər.
Montreal şəhərində yaşayan, əslən işğalçı Ermənistandan olan gənclər Azərbaycan və Türkiyə türklərinin bayraqla bəzədilən avtomobillərinə ard-arda daş ataraq hadisə yerindən qaçıblar. Nəticədə bir çox maşına ziyan dəyib.
Eyni hadisə Kanadanın Toronto şəhərində də reallaşıb. Belə ki, Yonge küçəsində ermənilər azərbaycanlıya məxsus maşını yararsız hala salıblar. Eyni zamanda, yol kənarında olan bir Türkiyə türkünə hücum olunub, bir neçə erməni tərəfindən döyülən şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Türkiyənin Kanadadakı səfiri Kerim Uras açıqlamasında maşınlara naməlum maddələr töküldüyünü bildirib:
“Türk və azərbaycanlıların maşın kortecinə naməlum maddələr atırlar. Hüquq-mühafizə orqanlarına müraciət olunub. Bizim insanlar onlara verilən azadlıqlarından istifadə edərək sərbəst şəkildə toplaşıb erməni yalanlarına etirazlarını bildiriblər. Burada yaşayan türklərin can və mal təhlükəsizliyinin reallaşması üçün lazımi orqanlara müraciət etdik”.
Oxşar xəbərlər
“Gəncəyə raket hücumu erməni faşizminin təzahürüdü...
Son Xeberler
“Ermənistanın mülki vətəndaşlara hücümu davam edir...
Son Xeberler
Avqustun 13-dən bu qərar qüvvəyə minir -
Son Xeberler
XİN-dən ermənilərin Xarkovdakı hücumu ilə bağlı bə...
Son Xeberler
Kanadada Gəncə terroruna qarşı etiraz yürüşü keçir...
Son Xeberler
Tərtərə hücumu şiddətlə qınayırıq -
Son Xeberler