🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Keçmiş dövlət katibindən ŞOK AÇIQLAMA - ABŞ bu ölkələrlə tezliklə...

01.11.2020 08:26 527 baxış sayı 2 dəq. oxuma
Keçmiş dövlət katibindən ŞOK AÇIQLAMA -

ABŞ-ın keçmiş dövlət katibi Corc Prat Şultz Tramp administrasiyasının davranışları səbəbindən ABŞ-ın Rusiya və Çinlə ikinci soyuq müharibə ərəfəsində olduğunu bildirib.

ABŞ-ın Avropa və Asiyadakı yaxın müttəfiqləri ilə də münasibətlərini pozduğunu deyən Şultz, rəsmi Vaşinqtonun diplomatiya əvəzinə hərbi təhdidlərə üstünlük verdiyini qeyd edib.

Vaşinqtonun müttəfiqlərlə münasibətlərində ciddi inamsızlığın olduğunu və bunun düzəldilməsinin illər çəkəcəyini vurğulayan eks dövlət katibinin sözlərinə görə, ABŞ adıçəkilən iki ölkə ilə soyuq müharibə vəziyyətinə yaxınlaşır.

Şultz Vaşinqtonu ortaqlarına ABŞ-ın da onlarla eyni demokratik dəyərləri paylaşdığını nümayiş etdirməyə və rəqiblərinə qlobal problemləri həll etmək üçün birlikdə işləmək bacarığını göstərməyə çağırıb.

Qeyd edək ki, Corc Şultz 1982-1989-cu illərdə ABŞ-ın dövlət katibi olub.(publika.az)

Paylaş: