Son Xeberler
7 abunə
Kəşmirdə növbəti toqquşma - Pakistanın iki əsgəri öldü
16.12.2020 10:20
354 baxış sayı
3 dəq. oxuma
Hindistan və Pakistan arasında növbəti dəfə qarşıdurma baş verib.
Kəşmir nəzarət xəttindəki atışma nəticəsində iki pakistanlı əsgər dünyasını dəyişib.
Bu barədə Pakistan Ordusu İctimaiyyətlə Əlaqələr Birliyi (ISPR) məlumat yayıb. Qeyd olunub ki, Hindistan əsgərləri Baqsar bölgəsində atəşkəsi pozublar:
"Pakistan ordusu atəşkəs pozuntusuna dərhal cavab verib və Hindistan tərəfinin xeyli itkisi var. Qarşıdurmada 2 Pakistan əsgəri həyatını itirib”.
Qeyd edək ki, 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan və Pakistan dövlətləri Kəşmiri öz ərazilərinə birləşdirməyə cəhd göstəriblər.
Pakistanın Kəşmirə 22 oktyabr 1947-ci il silahlı müdaxiləsi BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixdə dayandırılıb. Kəşmirin şimal-qərbi Pakistanın, qalan (əksər) hissəsi isə Hindistanın nəzarəti altına keçib. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən, Kəşmir ştat (Cammu və Kəşmir) hüququnda Hindistanın tərkibinə daxil olub.
1971-ci ilin dekabrında yeni Hindistan-Pakistan hərbi münaqişəsindən sonra hər iki dövlət başçısının 30 iyun-3 iyul 1972-ci il tarixlərində Simla görüşündə münaqişəli məsələləri dinc yolla nizama salmaq barədə razılıq əldə edilib. 1972-ci ilin avqustunda Dehlidə baş tutmuş Hindistan-Pakistan danışıqlarına əsasən Kəşmirdə yeni nəzarət xətti müəyyən edilib. Lakin tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.
Oxşar xəbərlər
CS2: 17 Noyabr Yenilənməsi
Texnologiya xəbərləri
10
17/11 10:03
Erməni hərbçilər arasında dava -
Son Xeberler
990
08/01 13:22
"Qalatasaray"da şok itki
İdman Xəbər
452
14/06 19:37
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Son Xeberler
395
11/12 09:52
Ruslar 70 km-lik cəbhə boyu hücuma keçdi
Xəbər Anı
33
02/11 11:10
Milli Məclisin növbəti iclası nə vaxt keçirilcək?
Son Xeberler
712
03/03 06:50