
"Kipr məsələsinin iki dövlətli həllindən başqa yol yoxdur" - Ərdoğan

Kipr məsələsi Türkiyə və Kipr xalqlarının ortaq davasıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısında deyib.
“1960-cı illərdə Kipr türklərinə muxtariyyət hüququ belə tanınmırdı. Məqsədləri adanı təkbaşına idarəetmək idi. BMT-nin keçmiş baş katibi Koffi Annan mənə özü belə söylədi: “Mən bu məsələnin həllinə yardım etmək üçün 4 dəfə çalışdım, amma bacarmadım. İndi də bacara biləcəyimi düşünmürəm”. Mən isə ona dedim ki, qarant ölkə olaraq Türkiyə tərəfdən mənfi nəsə görməyəcəksiz. “Yaxşı” deyib, başladı. Annana söz verdim ki, bu işi başa çatdırmadan ayrılmayacağıq.
Referendum keçirildi. Türk tərəfi olaraq soydaşlarımızın 75 faizi “hə” dedi, yunanların isə 65 faizi “yox” dedi. Cənubi Kipr Avropa İttifaqına üzv oldu, Şimali Kipri isə təşkilata qəbul etmədilər”, - deyə Türkiyə lideri bildirib.
Ərdoğan əlavə edib ki, vitse-prezident Fuad Oktay Şimali Kiprə gedir, çalışmalar başlanacaq. Artıq Kipr məsələsinin iki dövlətli həll yolundan savayı alternativi qalmayıb: “İstər qəbul edin, istər qəbul etməyin”.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Hakan Fidan ŞKTC Prezident Seçkiləri və Kipr Məsəl...
Son Xeberler

"Müğənni pulsuzluqdan maşının satdı"
Şou Xəbər
Xarici İşlər Naziri Hakan Fidandan ŞKTC Seçkilərin...
Son Xeberler

Uşaqpulu ilə bağlı işçi qrup yaradılıb? -
Son Xeberler

Rudenko Bakının Dağlıq Qarabağın statusu məsələsin...
Son Xeberler

Manaf Ağayev: "Evdən pul oğurlayıb, qumar oynamışa...
Şou Xəbər


