Koçaryanın Moskva səfərinin GİZLİ DETALLARI: Görüşdə əsas məqsəd nə idi?

22.12.2020 06:54 859 baxış sayı 2 dəq. oxuma
Koçaryanın Moskva səfərinin GİZLİ DETALLARI:

Ermənistan mətbuatı keçmiş prezident, Robert Koçaryanın Moskva səfərinin təfərrüatlarını dəqiqləşdirə bilməyib.

Koçaryanın üç günlük səfəri yekunlaşsa da onun hansı səbəbdən Rusiyaya səfər etməsi müəmmalı qalıb.

Məlumatda bildirilir ki, Koçaryanın ofisindən məsələ ilə bağlı məlumat vermək istəmirlər. Köçəryan ofisinin rəhbəri Viktor Soqomyan deyib ki, səfər özəl xarakter daşıyıb, başqa bir informasiya verə bilmərik.

Koçaryan iddia edildiyi kimi Moskvaya AFK “Sistema”nın idarə heyətinin illik toplantısına qatılmaq məqsədi ilə getməyibmiş. Onun Rusiya ziyarətinin əsas hədəflərindən biri siyasi görüşlər keçirmək olub.

Oğlu Levon Koçaryan isə səfərlə bağlı qısa olaraq “hər şey yaxşı keçdi” deyib…”

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: