🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Könüllü zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - QAYDALAR

27.10.2020 09:16 579 baxış sayı 2 dəq. oxuma
Könüllü zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! -

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar.

Qanuna ediləcək dəyişilikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Bu şəxslər (birbşa kadr zabit heyətinə könüllü daxil olanlar) hazırkı dəyişikliklə qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər.

Yalnız zabit heyəti vəzifələrində (burada dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti əməkdaşları nəzərdə tutulur) təqvim hesabı ilə (hərbi vəzifə və hərbi xidmət haqqında) Qanunun 41.0.9-cu maddəsinə və (hərbi xidmət keçmə haqqında" əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq azı 10 il xidmət etdikdə ehtiyata buraxıla bilərlər.

Paylaş: