
Koreya yarımadasında gərginlik artır 09:35 / 17.06.2020 112

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasında gərginlik artır.
Cənubi Koreyanın Baş Qərargah Rəisləri Birgə Komitəsinin hərbi əməliyyatlar şöbəsinin komandiri Çon Don Cjin bildirib ki, KXDR-ın iki ölkə arasında sülh razılaşmasına əməl etməmək qərarı narahatlıq doğurur:
“Hərbi əməliyyatlar başlasa, rəsmi Pxenyan lazımi cavabı alacaq. KXDR-ın əməlləri 20 ildən artıq müddətdə Koreya yarımadasında sülhün qorunması sahəsində əldə edilmiş bütün nəticələri və səyləri məhv edir”.
Qeyd edək ki, Şimali Koreya Cənubi Koreya ilə sərhəddə yerləşən Keson şəhəri və Kımqansan (Almaz dağları) kurort zonası ətrafına qoşun yeridib.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Koreya Yarımadasında Gərginlik Artdı
Bugun.az

Kim Çen Indan KRİTİK ÇAĞIRIŞ:
Xəbər Anı
Cənubi Koreya Prezidenti Kim Çen İn və Tramp arası...
Azəri Xəbər

Çin maşınlarına maraq artır - Bazarda lider kimdir...
Bugun.az

KİV: KXDR əsgərləri Cənubi Koreya sərhədini pozub
Azəri Xəbər

Yaponiya ilə Rusiya arasında gərginlik: Reaktiv tə...
Son Xeberler


