Son Xeberler
7 abunə
Koronavirus əleyhinə vaksin allergiyaya səbəb oldu
26.12.2020 07:38
566 baxış sayı
2 dəq. oxuma
ABŞ-ın Boston şəhərində (Massaçusetts ştatı) həkimə vurulan "Moderna” şirkətinin hazırladığı koronavirus peyvəndi kəskin allergik reaksiyaya səbəb olub.
Bu barədə "The New York Times” qəzeti xəbər yayıb.
Bildirilir ki, peyvənd yerli xəstəxanaların birində çalışan həkimə vurulub.
Bir neçə dəqiqədən sonra o allergik reaksiya hiss edib və buna görə də ona allergiya əleyhinə dərman vurulub. Həkim təcili yardım şöbəsinə yerləşdirilib, orada müayinə olunub və bir müddət sonra evə buraxılıb.
Onun artıq özünü yaxşı hiss etdiyi qeyd olunur.
"Moderna” şirkətindən bildirilib ki, bu hadisəni araşdırmağa hazırdırlar, lakin yeganə allergik reaksiya hadisəsi ilə bağlı şərh verməyə hazır deyillər.
Bu "Moderna” peyvəndinə qarşı ilk allergik reaksiya hesab olunur.
Daha əvvəl ABŞ-da, "Pfizer” və "BioNTech” tərəfindən ortaq şəkildə hazırlanan peyvəndə qarşı da allergik reaksiya halları olub.
Etiketlər
Oxşar xəbərlər
ŞAD XƏBƏR:
Son Xeberler
1,322
30/11 13:00
Azərbaycanda yaşayan xarici vətəndaşlar peyvənd ol...
Son Xeberler
707
17/02 10:36
ABŞ-la Moskva arasında VAKSİN QALMAQALI -
Son Xeberler
568
14/08 06:39
Faiq Ağayev vaksin vurdurdu -
Son Xeberler
360
16/02 14:28
Koronavirus vaksinini tapan türk alimdən ŞOK AÇIQL...
Son Xeberler
982
24/12 05:47
“ABŞ koronavirus peyvəndini bütün dünya ilə bölüşə...
Son Xeberler
415
28/07 15:18