Koronavirus səbəbilə evlərə gəlib hərkəsə iynə vurulur? – RƏSMİ AÇIQLAMA

22.06.2020 12:17 844 baxış sayı 1 dəq. oxuma
Koronavirus səbəbilə evlərə gəlib hərkəsə iynə vurulur? –

Son günlər sosial şəbəkələrdə koronavirus səbəbilə hər kəsə iynə vurulması xəbəri gündəm olub. Xüsusən regionlarda virusa görə iynə vurulması mövzusundan danışılır.

Baş infeksionist Cəlal İsayev bildirir ki, xəstələrin müalicəsi xəstəxana şəraitində aparılmalıdır.

“Qapıda iynə vurmağa yalnız rəsmi adam gələ bilər. Təcili yardım çağırılırsa, olur. Şaiyədir. Həkim təyinat verirsə, həkimin təyinatı ilə oturub durmaq lazımdır”, – deyə Cəlal İsayev qeyd edib.

Qeyd edək ki, koronavirus infeksiyasına qarşı vaksin hələ ki, tapılmayıb. Belə olduğu təqdirdə peyvənddən söhbət gedə bilməz.

O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: