
Koronavirusa yoluxan həkim: "Ciyərlərimdə vəziyyət yaxşı deyil"

Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.
O, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Nicat Əzimlidir.
Bu barədə tibb işçisi sosial şəbəkə hesabı vasitəsilə məlumat verib. O, bunları yazıb:
“Bugünkü 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdur deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah görüşmək ümidi ilə”.
Qeyd edək ki, ötən gün Azərbaycanda daha 387 nəfərdə koronavirus aşkarlanıb, 4 pasyent vəfat edib, 274 nəfər sağalıb.
Oxşar xəbərlər

Koronavirusa yoluxan Bəhramın vəziyyəti ağırlaşdı
Şou Xəbər

Koronavirusa tutulanlara yazılan dərmanlar -
Son Xeberler

Koronavirusa yoluxan azərbaycanlı müğənni vəfat et...
Son Xeberler

Daha bir deputatı koronavirusa yoluxdu -
Son Xeberler

Koronavirusa kimlər yoluxmayacaq?
Son Xeberler

Koronavirusa yoluxan Elgiz Əkbərə ağır itki
Şou Xəbər