Koronavirusa yoluxan şöbə müdiri ilə bağlı RƏSMİ AÇIQLAMA
“Tədris-Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev yoluxma sayının artdığı son dönəmdə gərgin işləyib və nəticədə, özü də virusdan qoruna bilməyib”.
Bu barədə Azərbaycan Tibb Universitetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, son günlər onun səhhəti ağırlaşıb:
“C.Paşayevin KT müayinələrinin nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Universitet rektorunun iştiraki ilə klinika rəhbərliyi arasında konsilium keçirilib.
Aparılan konsiliumda vəziyyətə uyğun olaraq, ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev müalicənin daha effektli və daha sürətli aparılması üçün daha müasir avadanlıq, EKMO cihazının mövcudluğu nəzərə alınaraq, Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
C.Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. Onun durumu, müalicə prosesi bilavasitə universitet rektoru və klinika rəhbərliyinin nəzarəti altındadır”.
Qeyd edək ki, indiyədək klinikanın heyəti arasında 33 nəfər virusa yoluxub ki, onlardan biri də Klinikanın reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxan alim VƏFAT ETDİ
Son Xeberler
Koronavirusa yoluxan Bəhramın vəziyyəti ağırlaşdı
Şou Xəbər
Koronavirusa yoluxan azərbaycanlı müğənni vəfat et...
Son Xeberler
Koronavirusa yoluxan Elgiz Əkbərə ağır itki
Şou Xəbər
Bu da koronavirusa yoluxan Vüsalənin yeni görüntüs...
Son Xeberler
Təhsil şöbəsinin müdiri koronavirusa yoluxdu
Son Xeberler