🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Koronavirusun Azərbaycanda sürətlə yayılmasının ƏSL SƏBƏBİ bəlli oldu

26.06.2020 08:29 543 baxış sayı 2 dəq. oxuma
Koronavirusun Azərbaycanda sürətlə yayılmasının

Covid 19-un Azərbaycanda sürətlə yayılmasının əsl səbəbi virusun mutasiyaya uğramasıdır.

Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov səsləndirib.

"ATV aktual" proqramının qonağı olan millət vəkili bildirib ki, yoluxma və ölüm sayının sürətlə artmasının səbəbi məhz koronavirusun mutasiyaya uğramasıdır:

"Düşünülür ki, eləcə də xarici ekspertlərin də rəyində ehtimal olunur ki, Azərbaycanda bu virus ştamp dəyişikliyinə gedib və bu mutasiya nəticəsində sadəcə yoluxmanın sürətlə çoxalması deyil, həm də yoluxan xəstələr içərisində ağ ciyər zədələnməsinin artması reallığı ilə üz-üzə qalmışıq. Əvvəlki dövrlərlə müqayisədə yoluxanlar arasında ağ ciyər zədələnməsi miqdarı, dərəcəsi və şiddətinə baxdığımız zaman bu gün xəstəxanamızda yatan xəstələr əvvəlki xəstələrə nisbətən daha ağırdır və sayları çoxdur. Əlbəttə ki, bu amillər bu gün bizim çətin vəziyyətdə olmağımıza səbəbdir".

Paylaş: