Koronavirusun əsas əlamətləri açıqlandı

21.08.2020 18:33 671 baxış sayı 1 dəq. oxuma
Koronavirusun əsas əlamətləri açıqlandı

Bu gün halsızlıq və hərarət COVID-19-un əsas əlaməti olaraq görülür.

Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, mədə-bağırsaq, qusma və digər simptomlar da koronavirusa xas ola bilər:

“Lakin virusun ilkin simptomu kimi dadbilmənin itməsi, xroniki burun ciblərinin tutulması göstərilir. Bütün digər simptomlar da virusa yoluxmaya həyəcan təbili ola bilər.

Bu, dünya təcrübəsində də belədir. Odur ki, xəstəliyin simptomsuz keçməsini də nəzərə alaraq, tibbi maskadan istifadə edilməli, sosial məsafəyə riayət olunmalıdır”.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: