Kosmik otel fəaliyyətə başlayacaq- VİDEO

03.03.2021 05:44 823 baxış sayı 2 dəq. oxuma
Kosmik otel fəaliyyətə başlayacaq-

Məlumata görə, "Orbital Assembly Corporation" tərəfindən hazırlanmış ilk kosmik otelin layihəsi haqqında yeni təfərrüatlar yayılıb. Voyager Station adı veriləcək kosmik otel 2027-ci ildə fəaliyyətə başlaya bilər.

Otelin inşası 2025-ci ilədək planlaşdırılır.

Oteldə bir restoran, kinoteatr və spa yerləşəcəyi gözlənilir. Otelin ümumi insan sayı 400 nəfərə çata bilər. Otelin tikilməsinin neçəyə başa gələcəyi barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Voyager Station layihəsi Gateway Fondu tərəfindən iki il öncə icrasına başlanılan Von Braunun davamıdır.(Unikal.org)

 
 
T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: