
Lavrov ABŞ-ın bəyanatla bağlı məlumat tələbinə cavab verdi

“ABŞ Dövlət Departamentinin Qarabağla bağlı bəyanatın təfərrüatları barədə onlara məlumat verilməsinin vacibliyi barədə açıqlamasını eşitmək qəribədir, çünki detallar diplomatik kanallarla Vaşinqtona və Parisə çatdırılıb”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, bundan əvvəl Dövlət Departamentinin yüksək səviyyəli nümayəndəsi ABŞ və Fransanın Türkiyənin Qarabağ münaqişəsindəki rolu ilə bağlı təfərrüatları gözlədiklərini bildirmişdi.
“Bunu eşitmək mənim üçün qəribə gəldi. Bunun bu cür açıqlamalar verənlərin məlumatsızlığını əks etdirdiyini və ya sadəcə anlaşılmazlıqların nəticəsi olduğunu düşünürəm”,- deyə Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri ABŞ dövlət katibi Mayk Pompeonun uzunmüddətli xarici səfərdə olmasını nəzərə alaraq onun müavininə hər şey barədə məlumat verildiyini bildirib.
Lavrovun sözlərinə görə, son 10 gündə Rusiya və Fransa Qarabağ məsələsi üzərində ən təfərrüatlı şəkildə fikir mübadiləsi aparıb, xüsusən özü bu məsələni fransalı həmkarı ilə bir saata yaxın müzakirə edib.
Oxşar xəbərlər

Lavrov fransalı həmkarını bəyanatla bağlı məlumatl...
Son Xeberler

Lavrov və Çavuşoğlu Qarabağı müzakirə edib
Son Xeberler

Lavrov Ər-Riyaddakı toplantıdan danışdı
Bugun.az

Lavrov Tbilisi ilə münasibətlərdən danışdı
Bugun.az

Lavrov Ceyhun Bayramova ZƏNG ETDİ
Son Xeberler

Lavrov, Bülbüloğlu'nun Missiyasını Naharla Qeyd Et...
Son Xeberler