Lavrov Paşinyanla Qarabağı müzakirə edib

21.11.2020 10:26 544 baxış sayı 2 dəq. oxuma
Lavrov Paşinyanla Qarabağı müzakirə edib

İrəvanda səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Lavrov uzun müddət davam edən danışıqlardan sonra üç lider – Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 10 noyabrda Qarabağda qan tökülməsinə son qoyan və vəziyyəti sabitləşdirmək üçün fürsət yaradan bəyanat qəbul etdiklərini xatırladıb.

"Bizim sülhməramlılarımız bu sazişin həyata keçirilməsində fəal iştirak edir. Yaradılmaqda olan Dağlıq Qarabağa humanitar yardım üzrə qurumlararası mərkəz yeni strukturdur və humanitar istiqamətdə işləyəcək".

Görüşdə, həmçinin iqtisadi, enerji məsələləri də müzakirə edilib.

“Biz bu gün münasibətlərimizin bütün spektrinə baxmaqda maraqlıyıq", - deyə XİN rəbəri vurğulayıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: