“Lider TV”nin vəkili: “Ali Məhkəmə ədalətsiz qərar qəbul etdi”
“Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə müraciət edəcək.
Bu barədə “Lider TV”nin nümayəndəsi, vəkil Adəm Məmmədov məlumat verib.
O, Ali Məhkəmənin qərarından narazı olduqlarını deyib:
“Ali Məhkəmə işi araşdırmadan qərar çıxartdı, ədalətsiz qərar qəbul etdi. Burada əsas məsələ “Lider TV”nin müflis elan edilməsi və yeni idarəçi təyin olunmasıdır. Amma “Lider TV və Radio-Azərbaycan” MMC-nin balansında təxminən 4 milyon manat dəyərində daşınmaz əmlakı - torpaq sahəsi var. Bu əmlakdan əldə olunan vəsaitlə kreditorların borc tələbi tam ödənilir. Mülki Məcəllənin 59.5-ci maddəsində göstərilir ki, əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. “Lider TV”nin kreditorlara borcu əmlakın dəyərindən qat-qat azdır".
Vəkil əlavə edib ki, daha əvvəl “Lider TV”nin balansında olan əmlakların dəyərləndirilməsi ilə bağlı məhkəmə də olub:
"Düzdür, həmin vaxt mən MMC-nin nümayəndəsi deyildim və orada iştirak etməmişəm. Şirkət həmin vaxt əmlakları müstəqil ekpertizadan keçirib, məhkəməyə təqdim etməyib. Mən yaxın zamanlarda qiymətləndirmə ilə bağlı məhkəməyə müraciət edəcəyəm".
Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə çıxarıb.
Qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməyib.
“Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.
Oxşar xəbərlər
Ali Məhkəmə də “Lider TV”nin əleyhinə qərar verdi
Son Xeberler
“Lider TV”nin müflis elan edilməsi ilə bağlı qərar...
Son Xeberler
“Keçmiş deputat 400 min aldı, sonra da məndən şika...
Son Xeberler
Məhkəmə Mübariz Mənsimovla bağlı qərar verdi -
Son Xeberler
TƏCİLİ! Operativ Qərərgah yeni qərar qəbul etdi -
Son Xeberler
Şimali Koreya lideri vəfat etdi - Rəsmən açıqlanır
Anar Türkeş