🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Londonda erməni terroruna qarşı aksiya keçirildi - FOTOLAR

16.10.2020 18:41 423 baxış sayı 4 dəq. oxuma
Londonda erməni terroruna qarşı aksiya keçirildi -

Böyük Britaniyadakı Azərbaycan diasporu Londonda “Amnesty İnternational” təşkilatının binası önündə icazəli aksiya keçirib.

Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.

Britaniyadakı Azərbaycan icmasının təşəbbüsü ilə keçirilən aksiyada bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.

Bildirilib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonlarının ağır artilleriya atəşinə tutulması Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin davamıdır. Aksiya iştirakçıları beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər.

Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub, müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə zonası deyil!”, “Erməni terrorçuluğuna son qoy!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib və bəyanat qəbul edilib.

Aksiya iştirakçıları bəyanatı “Amnesty İnternational” təşkilatının əməkdaşına təqdim ediblər.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 02:00 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncə şəhərinin mərkəzində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb.

 



 

Paylaş: