Londonda fövqəladə vəziyyət rejimi elan edilib

08.01.2021 15:44 526 baxış sayı 1 dəq. oxuma
Londonda fövqəladə vəziyyət rejimi elan edilib

Böyük Britaniyanın paytaxtı Londonda koronavirus pandemiyası fonunda xəstəxanaların dolması təhlükəsi ilə bağlı fövqəladə vəziyyət rejimi elan edilib.

Bu barədə London meri Sadik Xan uyğun açıqlama yayıb.

“Virus təhlükəsi fəlakətli nöqtəyə çatdığı üçün bu gündən Londonda fövqəladə vəziyyət rejimi elan edirəm. Hazırda hər 30 London sakini COVID-19-a yoluxub. Biz indi tədbir görməsək, onda səhiyyə xidmətimiz yüklənər və daha çox insanımız ölər”, - o, tvitter səhifəsində yazıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: