
“Lotu Quli” harda dəfn ediləcək? - AÇIQLAMA

Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun harda dəfn ediləcəyi ilə bağlı yeni xəbər yayılıb.
Ötən gecə Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” İstanbulda dəfn ediləcək.
Bu barədə mərhumun qardaşı Müşfiq Səlifov açıqlama verib. Kriminal avtoritetin qardaşı bunu ailə üzvlərinin məhz bu şəhərdə yaşamaları ilə izah edib.
Maraqlıdır ki, daha əvvəl onun Bakıda, Bakıxanov qəsəbəsindəki qəbirstanlıqda dəfn ediləcəyi iddia edilmişdi.
Qeyd edək ki, N.Səlifov Türkiyədə güllə ilə başından vurulub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qətli törədən şəxsin “Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.
1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. (Haqqın.az)
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Lotu Quli" dəfn edilib -
Son Xeberler

“Lotu Quli”ni güllələyən yaxın dostu “Xan Əhmədlin...
Son Xeberler

“Lotu Quli”nin heç yerdə olmayan görüntüsü yayıldı...
Son Xeberler

"Lotu Quli"nin yas mərasimi harada olub? -
Son Xeberler

“Lotu Quli” güllələndikdən sonra -
Son Xeberler

“Lotu Quli”nin dəstəsinə bu şəxs başçılıq edəcək -
Son Xeberler


