Lukaşenko silah gəzdirməsinə münasibət bildirdi

28.08.2020 13:52 570 baxış sayı 2 dəq. oxuma
Lukaşenko silah gəzdirməsinə münasibət bildirdi

Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 23-də Minskdə silahla gəzdiyinə görə onu tənqid edənlərə etirazını bildirib.

Belarus prezidentinin geniş rezonans doğuran hadisə ilə bağlı fikirlərini “Sputnik Belarus” dərc edib.

“Siz mənim küçələrdə avtomatla qaçmağımı və öz xalqıma atəş açmağa hazır olduğumu tənqid edirsiniz. Qulaq asın, əsrin dörddə biri ərzində öz xalqıma barmağımı belə qaldırmamışam, nəinki atəş açmaq”, - deyə A.Lukaşenko qeyd edib.

Xatırladaq ki, Belarusda üçüncü həftədir ki, kütləvi etiraz aksiyaları davam edir.

Vətəndaşlar avqustun 9-da keçirilən prezident seçkilərinin rəsmi nəticələri ilə razı deyillər.

F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: