Makron Paşinyanın davranışlarından şübhələndiyini deyir - VİDEO

27.12.2020 15:29 584 baxış sayı 2 dəq. oxuma
Makron Paşinyanın davranışlarından şübhələndiyini deyir -
Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni Baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. 
 
Makron qeyd edib ki, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə onunla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.
 
Makronu Paşinyanın nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamaması və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməməsi və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmaması da təəccübləndirib.
 
"Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”, - deyə Makron bildirib.
 
 
L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: