
Son Xeberler
9 abunə
Məcburi köçkün yataqxanasında yanğın, ölən var
08.02.2021 08:00
618 baxış sayı
2 dəq. oxuma

Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli mansarda tipli yataqxana binasının ümumi sahəsi 500 m² olan mansardasında taxta konstruksiyalardan ibarət 1 otaq 15 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Qaçqın və məcburi köçkünlərin imtiyazları ləğv olu...
Son Xeberler
800
08/01 12:44

Xırdalanda partlayış:
Son Xeberler
709
29/11 11:38

Məcburi köçkünlərin statusunun ləğvi ilə bağlı
Son Xeberler
544
29/01 07:41

Bakıda yataqxana binasında yanğın -
Son Xeberler
508
28/08 07:25

Azərbaycanda güclü yanğın başladı
Son Xeberler
983
08/07 11:07

SON DƏQİQƏ: Azərbaycanda şiddətli yanğın
Son Xeberler
1,093
27/08 10:22


