
MEDİA-nın növbəti könüllülük proqramı uğurla başa çatdı - FOTO

MEDİA-nın növbəti könüllülük proqramı uğurla başa çatdı - FOTO
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən həyata keçirilən könüllülük proqramı öz işini uğurla başa çatdırdı.
Mart-iyun ayları ərzində davam edən proqram çərçivəsində MEDİA könüllüləri Agentliyin fəaliyyətində yaxından iştirak etdilər, onlara tapşırılan vəzifələri yerinə yetirdilər, peşəkar təcrübə qazandılar. Könüllülər Agentliyin tədbirlərində, yerli və beynəlxalq tədbirlərdə, sosial aksiyalarda və layihələrdə təmsil olundular, eyni zamanda Agentliyin tədbirlərinin təşkilində yaxından iştirak etdilər.
Könüllülük proqramının nəticələri ilə bağlı MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bu proqramın gənclərin liderlik və problemlərin həlli bacarıqlarını inkişaf etdirməkdə mühüm rol oynadığını bildirib. O, könüllülərin qazandıqları təcrübənin şəxsi inkişaflarına müsbət təsir göstərdiyini və sosial məsuliyyət hissinin formalaşmasına kömək etdiyini vurğulayıb.
Proqramı uğurla tamamlayan könüllülər sertifikatla təltif olundular.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"AHİK Könüllüləri" Proqramı: Gənclərin Cəmiyyətə T...
Bugun.az

Daşbulaq kəndinə növbəti köç karvanı yola salınıdı
Bugun.az

Azərbaycan-Slovakiya Oyunu Bərabərliklə Bitdi - Mi...
Bugun.az

"Neftçi" "Qəbələ" üzərində qələbə qazandı
Bugun.az

Növbəti köç karvanı Xocalının Seyidbəyli kəndinə ç...
Azəri Xəbər

Azərbaycan Müəllim İnkişafı Mərkəzi növbəti təliml...
Azəri Xəbər


