01.11.2020 07:22
6 abunə
711
Məğlub olduqlarına görən Bako Saakyan ağladı
“Bako Saakyanı ağlayan gördüm”.
Bunu 90-cı illərin Qarabağ canilərindən olan Şahe Acemyan deyib.
O “Facebook” səhifəsində yazıb: “Cəbhəyə yola düşməmişdən öncə Xankəndində kilsədə dua edirdik. Kilsədə şam yandırarkən birdən həyəcan siqnalı çalındı, şəhərdə partlayışlar eşitdik və hamı dağılışdı. Kilsədən çıxanda keçmiş “prezident”, komandirim Bako Saakyanın həyətdəki skamyada oturduğunu gördüm. Gözlərinə baxaraq yaxınlaşdım.Saakyanın həyəcanlı, yaşla dolu gözlərini gördüm”.
Xatırladaq ki, Şahe Acemyan 1-ci Qarabağ savaşına Suriyadan diaspor xətti ilə gətirilmiş erməni terrorçudur. 1992-1994-cü illərdə Qarabağ müharibəsində xüsusi fəallıq göstərib və "Xaçlılar" dəstəsinin komandiri Qaro Kahkecyanın ən yaxın adamı olub. Hazırda İrəvanda yaşayan Acemyanın əli bir çox günahsız azərbaycanlının qanına batıb. O, aktiv şəkildə həm virtual aləmdə, həm də realda anti-Azərbaycan təbliğatı aparır.