“Məktubları oxuyanda sevinc göz yaşlarımı saxlaya bilmirəm” - Prezident

15.10.2020 14:58 833 baxış sayı 2 dəq. oxuma
“Məktubları oxuyanda sevinc göz yaşlarımı saxlaya bilmirəm” -

“NTV Türkiyə”nin jurnalisti Prezident İlham Əliyevlə müsahibədə ona bildirib ki, Tərtərdə borbardman zamanı sığınacaqda olarkən Suqovuşandan olan bir nəfər ona deyib ki, “mən artıq qaçqın deyiləm, Prezidentə hörmətimizi, sevgimizi çatdırın” deyib.

İ.Əliyev bildirib ki, hər gün belə minlərlə məktub alır: “Mən şadam ki, bu gün bunun kimi sözləri deyən minlərlə insan var. Onlar bu sözləri deyərkən sevinc göz yaşları tökürlər: “Mən artıq qaçqın deyiləm, bu qaçqınlıq vəziyyətdən canımı qurtarmışam”.

Mənə belə minlərlə məktub daxil olur. Mən bu məktubları oxuyanda sözün düzü bəzi hallarda sevinc göz yaşlarımı saxlaya bilmirəm. O qədər səmimi, qürurverici sözlər yazılır ki, görürəm Azərbaycan xalqı böyük xalqdır”.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: