
Melaniya Trampın geyimi müzakirələrə səbəb oldu - FOTO

Çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp İsrailin Baş naziri Binyamin Netanyahunu və xanımı Sara Netanyahunu Ağ Evdə qəbul ediblər. ABŞ-ın 50 yaşlı birinci xanımı qonaqları 3700 dollar dəyərində, “Prada”nın ağ naxışlarla bəzənmiş klassik mavi paltarında qarşılayıb.
Spletnik.ru xəbər verir ki, Melaniya Trampın geyimi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər ABŞ liderinin həyat yoldaşının imicini zərif və şık adlandırsalar da, bəziləri onu lağa qoyublar.
Qeyd etmək lazımdır ki, bir çox başqa dövlət liderlərindən fərqli olaraq, iştirak edənlərin heç biri qoruyucu maska taxmayıblar. Və bu, koronavirusun ikinci dalğası səbəbiylə İsraildə yenidən karantin tətbiq olunduğu və ABŞ-ın yoluxma hadisələrinin sayına görə lider olaraq qaldığı zamanda baş verir.
Lakin maska taxılmaması bu dəfə ictimaiyyətin diqqətini çəkməyib. Əsas müzakirə hədəfi M. Trampın geyimi olub.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Trampın rəqs zamanı bu görüntüləri marağa səbəb ol...
Bugun.az

Lavrovla Paşinyanın fotosu müzakirələrə səbəb oldu
Son Xeberler

"Zaurla Günaydın" verilişi müzakirələrə səbəb old...
Şou Xəbər

Paşinyanın oğlunun bu rəqsi etirazlara səbəb oldu...
Son Xeberler

İlham Əliyevə qazax xalqının milli geyimi hədiyyə...
Bugun.az

Trampın qızı iş axtarır
Son Xeberler


