Məscidlərin açılması məsələsi ilə bağlı AÇIQLAMA
Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir.
Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir.
Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid və ibadət ocaqları ilə bağlı qadağanı nisbətən aradan götürə bilər. Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənliyə müraciət etdik.
İlahiyyatçı bildirdi ki, məscidlərin açılması məsələsi müzakirə olunur:
"Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovla Gəncə şəhərindəki İmamzadə dini kompleksində görüş zamanı da məscidlərin açılması məsələsi müzakirə olunmuşdu. Məscidlərin açılması ilə bağlı əsas məsələ qaydalara riayət olunmasıdır. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Operativ Qərargah arasında da bu mövzuda mütəmadi müzakirələr gedir.
Əgər icmalar bunu təmin edə bilsələr, məscidlərin açılması məsələsi mümkündür. Hazırda bu məsələ müzakirə olunur, qaydalara riayət etməklə məscidlərin açılmasından danışılır. İlk imkan olduqca bu məsələ həyata keçirilə bilər.
Məscidlərin açılması qaydlarına gəlincə onu deyə bilərəm ki, bu barədə konkret söz yoxdur. Amma ümumi karantin rejimində tətbiq olunan qaydalar hər yerə ayırd edilməlidir və məscidlərdə də məsafənin gözlənilməsinə riayət olunmalıdır. Qapalı yerlərdə maskalardan istifadə edilməlidir. Məscidlərin xidmətçi heyəti ara məsafəsi və maskalardan istifadə işini təmin edə bilər".(Baku.ws)
Etiketlər
Oxşar xəbərlər
Dərslərin başlaması ilə bağlı
Son Xeberler
TƏBİB-dən məktəb və uşaq bağçalarının açılması ilə...
Son Xeberler
Rayonlara gediş-gəliş bərpa edilir? -
Son Xeberler
İri ticarət mərkəzlərinin açılması ilə bağlı
Son Xeberler
Bu gecə məscidlərin açılacağı xəbərləri ilə bağlı
Son Xeberler
TƏBİB: Əyləncə mərkəzlərinin açılması ilə bağlı hə...
Son Xeberler