Məşhur vəkilin ölüm səbəbi bəlli oldu
Tanınmış vəkil Tahir Əlirzayevin ölüm səbəbi bəlli olub.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov onun koronavirusdan vəfat etdiyini deyib.
Anar Bağırov mərhum həmkarı haqda yazıb:
"Bu statusu yazmaq mənim üçün çox çətindir, Kollegiyaya 3 ilə yaxın olan sədrliyim dövründə bu gün çox ağır hisslər, sarsıntı keçiririrəm. Son dəfə Tahirlə srağagün danışmışam, COVİD-19-dan xəstəxanada müalicə alırdı, həkimlərdən razılığını bildirirdi, ağır xəstəlik olduğunu qeyd etmişdi. Mənə video göndərdi və onu yaymağı xahiş etdi, ünvanladığı son arzusu isə gələcəkdə vəkillər üçün xüsusi klinikanın təsis edilməsi idi.
Həyatı sevirdi Tahir qardaşımız, dostcanlı, qohumcanlı idi, yaşamağı bacarırdı, həmişə poziti və gülərüz idi, vəkil adını uca tuturdu, pulsuz hüquqi yardım sahəsində ən çox fəallıq göstərən vəkil bürosunun rəhbəri idi.
Xeyirxah və qayğıkeş qəlbimizdə həmişə cavan Tahirimiz, məkanın cənnət olsun.
Allah sənə qəni-qəni rəhmət eləsin...
Oxşar xəbərlər
Stilist Balaşın ölüm səbəbi bəlli oldu -
Şou Xəbər
33 yaşlı meyxanaçının ölüm səbəbi bəlli oldu
Son Xeberler
Eminin Ev Yarışmasının Qalibi Bəlli Oldu!
Bugun.az
Maradonanın ölümünün dəqiq səbəbi açıqlandı
Son Xeberler
Aeroport yolundakı sıxlığın səbəbi bəlli oldu
Son Xeberler
Aynişanla Kənanın ayrılma SƏBƏBİ BƏLLİ OLDU
Şou Xəbər