🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Metronun açılacağı tarixlə bağlı RƏSMİ AÇIQLAMA

26.01.2021 08:14 365 baxış sayı 3 dəq. oxuma
Metronun açılacağı tarixlə bağlı

Azərbaycanda koronavirus pandemiyasına görə metronun fəaliyyəti dayandırılıb. Qeyd edək ki, Operativ Qərargahın qərarına görə ümumi karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Lakin yanvarın 25-dən bərbərxanalar, gözəlik salonları və rayonlara gediş-gəliş bərpa olundu. Fevralın 1-dən isə kafe və restoranların açılması gözlənilir. Lakin Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır. Fevralın 15-dən ali məktəblərin açılması ilə bağlı metronun da fəaliyyətinin bərpa edilməsi ilə bağlı iddialar səsləndirlir. Azərbaycanda metro fəaliyyətini nə zaman bərpa edir?

Bununla bağlı "Sonxeber.az"-ın sualını cavablandıran "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki,metronun yenidən fəaliyyətə başlaması ilə bağlı hələlik Operativ Qərargah tərəfindən hər hansı rəsmi və ya qeyri-rəsmi məlumat daxil olmayıb:

"Konkret olaraq karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Bu uzadılma avtomatik olaraq bizə də şamil edilir. Çünki uzadılma qərarında metro xüsusi bəndlə qeyd edilir. Bu isə o deməkdir ki, metronun açılması Operativ qərargahın verəcəyi əlavə qərardan asılı olacaq.

Bununla bağlı səlahiyyət sahibi Operativ Qərargah olduğu üçün qərarı da onlar verir. Ölkədə pandemiya ilə bağlı peşəkar və ixtisaslaşmış qiymətləndirməni yalnız Operativ Qərargah verir. Ümumi karantin rejimi Azərbaycanda aprelin 1-nə kimi uzadılıb. Metro da bu qərarın tərkib hissəsidir. Operativ Qərargah yanvarın 25-i və fevralın 1-də digər sahələrdə açılmalar olduğu kimi, gələcəkdə metronun da fəaliyyətini bərpa edilməsi ilə bağlı qərar verə bilər".

Paylaş: