Milli Məclisin tarixində İLK DƏFƏ
Azərbaycan Respublikası Milli Məclisi satınalmaların həyata keçirilməsi üçün açıq tender elan edilib.
Bu barədə rəsmi “Azərbaycan” qəzetində elan dərc olunub.
Tenderlə bağlı həmçinin www.etender.gov.az saytında da məlumat yerləşdirilib. Apardığımız araşdırmalara görə, satınalmaların açıq tender vasitəsilə həyata keçirilməsi Milli Məclis tarixində ilk haldır.
Bu, parlament tərəfindən son dövrlərdə həyata keçirilən islahatların tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, son bir neçə ay ərzində parlamentin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması məqsədilə Milli Məclisin Aparatında və İşlər İdarəsində islahatlar reallaşdırılıb. Bu kontekstdə açıq tender elan edilməsi satınalmaların şəffaf və qanunamüvafiq şəkildə həyata keçirilməsinə xidmət edir
Etiketlər
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclası nə vaxt keçirilcək?
Son Xeberler
MM Ali Baş Komandana və xalqa müraciət edəcək
Son Xeberler
Milli Məclisin Hesablayıcı komissiyası yenidən təş...
Son Xeberler
Milli Məclisin 2 əməkdaşında koronavirus aşkarland...
Son Xeberler
Milli Məclisin növbəti plenar iclası dekabrın 18-d...
Son Xeberler
Milli Məclisin binasına dəyən maddi ziyanın məbləğ...
Son Xeberler