🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Milton Qasırğası Floridada 3 Milyondan Çox İnsanı Elektriksiz Qoydu

10.10.2024 21:47 71 baxış sayı 3 dəq. oxuma
Milton Qasırğası Floridada 3 Milyondan Çox İnsanı Elektriksiz Qoydu

Floridanın Siesta Key bölgəsinə 3-cü kateqoriya ilə çatan Milton qasırğası 3 milyondan çox insanı elektriksiz qoydu.


Milli Qasırğa Mərkəzi, günlərdir Floridaya hücum etməsi gözlənilən Milton qasırğasına dair bəyanat verdi. Bəyanatda qeyd olunur ki, sözügedən qasırğa 3-cü kateqoriya ilə Floridanın Siesta Key bölgəsinə çatıb. Miltonun şiddətinin quruya çıxmasından bir neçə saat sonra tədricən azalaraq 1-ci kateqoriyaya qədər düşdüyü qeyd olunur. Bəyanatda həmçinin Tampa və St. Petersburg sakinlərinə "çox təhlükəli qasırğa gücündə küləklərin" bölgəyə yayılması səbəbi ilə təcili olaraq təhlükəsiz yerlərə keçmələri tövsiyə olunur.


Elektrik kəsilmələrini izləyən PowerOutage saytında qasırğa səbəbiylə 3 milyondan çox insanın elektriksiz qaldığı bildirilir. Qasırğanın su şəbəkəsinə ziyan vurması səbəbiylə içməli su xidmətinin müvəqqəti olaraq dayandırıldığı St. Petersburg bölgəsində şiddətli yağış və küləklərin təsiri ilə bir vinç yıxılıb, evlər və binalar da zərər görüb.


Qasırğadan təsirlənən St. Lucie bölgəsi rəsmiləri qasırğa səbəbiylə yaranan küləklər nəticəsində 4 nəfərin həyatını itirdiyini açıqladı.


Washington Post (WP) qəzetinin xəbərinə görə, ştat rəsmiləri evləri qasırğa səbəbiylə zərər görmüş şəxsləri sığorta şirkətlərinin "haqsız və aldadıcı hərəkətlərindən" və "fırtına sonrası fırıldaqçılıqdan" qorumaq məqsədi ilə fövqəladə hal rejimi elan ediblər. Qərara görə zərər ekspertləri zərər qiymətləndirməsində etdikləri hər dəyişiklik üçün açıqlama verməli, bu dəyişiklikləri sənədləşdirməli və saxlamalıdırlar.


ABŞ Milli Hava Durumu Xidməti (NWS), Meksika Körfəzindən güclənərək Florida ştatına doğru yaxınlaşan Milton qasırğasının son 100 ilin "ən güclü" qasırğası ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Qasırğaya hazırlıqla bağlı əllərindən gələni etdiklərini bildirən ABŞ Prezidenti Co Bayden "Milton əsrin qasırğası kimi görünür." şərhini verib. Sözügedən qasırğa bir müddət əvvəl Florida ştatını vuraraq 227 nəfərin həyatını itirdiyi Helene qasırğasından sonra gəlir.


Paylaş: