
Moskvada COVID-19 qurbanlarının sayı 3 200 nəfərə çatır

Gün ərzində Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 49 nəfər ölüb.
Bu barədə Koronavirusa Mübarizə üzrə Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.
“Moskvada pnevmaniya diaqnozunun təsdiqləndiyi və koronavirusla bağlı analizlərin müsbət nəticə verdiyi 49 pasiyent öldü”, - deyə qərargahdan bildirilib.
Məlumata görə, bununla da paytaxtda koronavirus qurbanlarının ümumi sayı 3 187 nəfərə çatıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Britaniyada COVID-19-a yoluxanların 295,9 minə çat...
Son Xeberler

Pandemiya qurbanlarının sayı 448 mini keçdi
Son Xeberler

COVID-19 qurbanlarının sayı 520 mini keçdi
Son Xeberler

Türkiyədə koronavirus qurbanlarının sayı 4 800-ü ö...
Son Xeberler

Moskvada koronavirusla bağlı son vəziyyət
Son Xeberler

Ermənistanda daha 175 nəfər koronavirusa yoluxdu
Son Xeberler