🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı” - LAVROV

19.10.2020 12:43 422 baxış sayı 3 dəq. oxuma
“Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı” -

“Rusiya, Azərbaycan və Ermənistan yaxın gələcəkdə Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizmi barədə razılığa gələ bilərlər”.

Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

“Atəşkəsin işə yaraması üçün, - bunu artıq qəbul edilmiş və vəziyyəti kökündən dəyişdirməyə imkan verməyən iki sənəddən sonra gördük, - atəşkəs rejiminə riayət olunmasını izləyən bir mexanizm yaratmaq lazımdır. Biz, eləcə də Müdafiə Nazirliyimiz ilk növbədə Azərbaycan və Ermənistandan olan həmkarları ilə bunun üzərində fəal işləyirik. Ümid edirəm ki, belə bir mexanizm yaxın gələcəkdə razılaşdırılacaq.

Əminik ki, indi ən vacib şey, - yəqin ki, çox səy tələb etmir, - həm münaqişə tərəfləri arasında, həm də məsuliyyətli beynəlxalq “oyunçu”lar vasitəsilə artan qarşıdurma ritorikasını dərhal dayandırmaqdır”, - deyə Lavrov vurğulayıb.

Eyni zamanda nazir bildirib ki, hərbi əməliyyatları dayandırmaq, mülki obyektlərə zərbələri dayandırmaq lazımdır: “Bütün bunlar həmsədr ölkələrin dövlət başçılarının birgə bəyanatında, 10 oktyabrda Moskvada Xarici İşlər nazirlərinin razılaşdırdığı sənəddə və oktyabrın 18-də razılaşdırılan sənəddə təsdiqini tapıb. Moskvadakı görüşdən sonra bizim ümidlərimiz doğrulmadı. Bundan əlavə, mülki infrastruktura və yaşayış məntəqələrinə zərbələr qəbuledilməzdir”.

Lavrov, münaqişənin siyasi yolla həlli üçün səylərin əhəmiyyətli dərəcədə sürətləndirilməsinin zəruriliyini qeyd edib: “Tərəflər bu bölgədəki vəziyyəti daha uzun müddətdə sabitləşdirməyə imkan verəcək əsas müddəalar barədə razılığa gəlməlidirlər”.

Paylaş: