MTRŞ "Space TV" ilə bağlı qərarını açıqladı

11.01.2021 16:20 575 baxış sayı 1 dəq. oxuma
MTRŞ "Space TV" ilə bağlı qərarını açıqladı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) onlayn iclası keçirilib.

İclasda “Space Müstəqil Teleradio” MMC-nin “Space” televiziya kanalının HD siqnal ilə yayımlanması üçün MTRŞ-yə müraciətinə baxılıb.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 11.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq MTRŞ “Space” televiziya kanalının (Space TV) Bakı şəhəri və Abşeron yarımadası ərazisində 34-cü TV yayım kanalında HD formatında yayımlanması barədə qərar qəbul edib.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: