Son Xeberler
7 abunə
MÜDAFİƏ NAZİRLİYİ vacib açıqlama yaydı- SON DƏQİQƏ
24.08.2020 12:53
993 baxış sayı
3 dəq. oxuma
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin erməni zabitin guya yolu azaraq Azərbaycan tərəfinə keçməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Müdafiə Nazirliyindən daxil olan məlumatda deyilir:
"Ermənistan Müdafiə Nazirliyinin istənilən faktı inkar və təkzib etməsi artıq heç kəsdə şübhə doğurmur. Xüsusi tapşırıq yerinə yetirən diversiya-kəşfiyyat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın əsir götürülməsi faktını Ermənistan müdafiə nazirliyi zabitin guya dayaq məntəqəsini yoxlayarkən əlverişsiz hava şəraiti ucbatından "yolu azaraq itkin düşüb" deməklə təkzib etməyə çalışır. Tapşırıq icra edərkən əsir götürülən zabit hərbi geyim formasında olmasaydı sözsüz ki, Ermənistan Müdafiə Nazirliyi onu bu dəfə də ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi.
Əgər bir zabit "itir” və 24 saatdan da artıq vaxt keçməsinə baxmayaraq bu barədə ictimaiyyətə
heç bir məlumat verilmirsə bu, Ermənistan ordusunda özbaşınalığın, intizamsızlığın hökm sürdüyünü, artan cinayət hadisələrinin, qeyri-döyüş itkilərinin daim və məqsədyönlü şəkildə ictimaiyyətdən gizlədildiyini bir daha sübut edir.
Hər dəfə təxribat qrupuna bələdçilik edən Ermənistan vətəndaşı və ya qrupunun üzvü Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirildikdən sonra qarşı tərəf eyni senariyə əsasən bu şəxsləri psixi problemləri olan kənd sakini, ruhi xəstə, çoban, cinayət törətmiş kriminal element və sərxoş halda yolunu azaraq itkin düşən kimi təqdim edir.
Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".
Oxşar xəbərlər
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı -
Son Xeberler
1,317
12/07 15:18
Müdafiə Nazirliyi məlumat yaydı
Son Xeberler
1,216
06/08 17:19
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı...
Son Xeberler
601
29/09 07:55
Müdafiə Nazirliyi Çaxırlı kəndindən görüntülər yay...
Son Xeberler
552
06/10 07:07
Müdafiə Nazirliyi açıqlama yaydı-
Son Xeberler
430
02/09 06:17
SON DƏQIQƏ: Rusiya Müdafiə Nazirliyi Qarabağla bağ...
Son Xeberler
796
04/01 08:15