“Müharibədən sonra hansı üzlə qarşımıza çıxacaqlar?!” İLHAM ƏLİYEV
“Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, maneə olmasınlar”.
Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
Dövlət başçısı bildirib ki, bizə kömək lazım deyil, maneə olmasınlar:
“Bu müharibə qurtaracaq, biz istəyimizə nail olacağıq. Ondan sonra bizim münasibətlərimiz necə olacaq? Sabah təkliflərlə gələcəklər bizim qarşımıza. Hansı üzlə bizim qarşımıza çıxacaqlar?!
Yığılmışıq boğaza, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, o vasitəçi ola bilməz. 5 rayonun qaytarılması məsələsini deyirdilər. 5 rayondan artıq 4-ü bizdədir. Vasitəçilər gedib başqa bir şey fikirləşsinlər. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlının çox hissəsi, Hadrut bizdədir. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edirik.
Cenevrədə Xarici İşlər nazirləri görüşəcək. Görüşsünlər, o qədər mənasız görüş olub ki... 28 il ərzində o qədər mənasız görüşlər olub ki, qoy 29 oktyabr görüşü də olsun”.
Prezident qeyd edib ki, bu döyüşlərdə Xocalı soyqırımını törədən cinayətkarlar məhv edilib.
Oxşar xəbərlər
Ovannisyan aylar sonra üzə çıxıb özü-özünü təkzib...
Son Xeberler
“Azərbaycanın bütün rayonları boşaldılmalıdır”
Son Xeberler
“5 gün əvvəl Paşinyana 4750 itkinin olduğu məruzə...
Son Xeberler
Kanadanın “National Post” qəzeti “Qarabağ”dan yazd...
Son Xeberler
Azərbaycan və Fransa yığmalarının start heyətləri...
İdman Xəbər
Paşinyan: Azərbaycana hücum olmayacaq
Xəbər Anı